“AB sanksiyalarının Rusiya Fedrasiyasına vurduğu zərbə 200 milyard dollar məbləğini təşkil edə bilər”. Bu sözləri Böyük Britaniyanın Ukraynadakı missiyasının rəhbəri Martin Dey söyləyib.
Onun sözlərinə görə, Rusiya AB-nin tətbiq etdiyi sanksiyaların təsirini dərk etməlidir: “Tətbiq edilmiş sanksiyaların təsirini anlamaq lazımdır. Biz müxtəlif rəqəmlər eşidə bilərik. Lakin əlimizdə sübut var. Krımın işğalı ilə bağlı olaraq Rusiya Federasiyasına tətbiq edilən sanksiyalar Putinə 200 milyard dollar dəyərində ziyan vurub” (axar.az).


