“Valyuta gəlirlərimiz azalır, xərclərimiz isə artır”

Vahid Məhərrəmov: “Artıq uzun müddətdir ki, bir çox ərzaq malları üzrə idxal ərzaq təhlükəsi yaradacaq həddi keçib”

Növbəti dəfə Gömrük Komitəsi Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikasını açıqlayıb. Keçən ilin müvafiq dövrünə nisbətən bu ilin 4 ayı ərzində ticarət əməliyyatlarının həcmi 14, 46% azalmışdır. Azalma strateji məhsul olan xam neft ixracında 12,59%, neft məhsulları ixracında 20,3% təbii qaz ixracında isə 51,73 faiz təşkil etmişdir. Neft, qaz və digər məhsullrınixracının azalması hesabına bu ilin yanvar-aprel aylarındakeçən ilin müvafiq dövrünə nisbətənölkəninvaiyuta gəlirləri 14,96  faiz azaldığı halda, yeyinti məhsullarının əldə olunması üçün xərclənən xarici valyutanın məbləği 6,90 faiz artmışdır.

İqtisadçı ekspert Vahid Məhərrəmov qəzetimizə açıqlamasında qeyd etdi ki, artıq uzun müddətdir ki, bir çox ərzaq malları və kənd təsərrüfatı məhsulları üzrə idxalın həcmi ərzaq təhlükəsi yaradacaq həddi keçib. Belə ki, uzun illərdir əsas ərzaq malları hesab olunan ərzaq  buğdası, ət, süd,  şəkər və digər məhsulların idxalı artan istiqamətdə davam edir: “Bu ilin yanvar-aprel aylarında da həmin məhsulların idxalı xeyli artıb. Belə ki, buğda idxalı 2013-ci ilin müvafiq dövrünə nisbətən 6,79 faiz, Ət kəsimi üçün gətirilən diri heyvanlar130,78faiz, süd məhsulları, quşyumurtası, təbii bal  25,99%, kərə yağı idxalı 70,98%, bitki vəheyvan mənşəli piylər vəyağlar  49,52%, şəkər idxalı 23,27 faizartmışdır. Bundan əlavə açıqlanan məlumatlar sırasında çoxlu sayda ərzaq malları və kənd təsərrüfatı məhsulları var ki, onların da idxal dəyərləri ciddi artmışdır.

Xəyal