Istanbul polis idarəsində qanunsuz telefon dinləmələrinə qarşı keçirilən əməliyyatlar çərçivəsində 17 polis işdən çıxarılıb.
ANS PRESS-in məlumatına görə, 3 aydır davam edən əməliyyatlardan sonra müfəttişlər bəzi sənəd və kasetlər ələ keçiriblər. Bu kasetləri dinləyən müfəttişlər çox sayda telefonun saxta sənəd, saxta ad və saxta dəlillərlə dinləndiyini aşkarlayıblar.
Məsələ barədə hesabat hazırlayan müfəttişlər başda İstanbul polis idarəsi xəbəralma şöbəsinin rəisi Erol Demirhan da olmaqla 5 şöbə müdiri, 12 amir və komissarın işdən çıxarılmasını tələb edib.
Hesabat İstanbul polis idarəsi və daxili işlər nazirliyi tərəfindən təsdiqləndikdən sonra 17 polis işdən çıxarılıb.


