Slavyanskda ağır döyüş gedir

Məşhur separatçı Babayanın ağır yaralandığı deyilir

Slavyanskda separatçılarla Ukrayna Ordusunun əsgərləri arasında gərgin döyüşlərin getdiyi bildirilir. 

Şahidlər arda-arda raket zərbələrinin endirildiyi və güclü partlayış səslərinin eşidildiyini deyirlər. Separatçılar hərbçilərin blokpostlarını atəşə tuturlar. 

Yerli sakinlərin verdiyi məlumata görə, xəstəxanalardan birinə məşhur separatçı Babayanı gətiriblər. O, ağır yaralanıb. 

Şəhər ətrafında törədilən partlayışlar o qədər güclüdür ki, şəhərin mərkəzindəki evlərin şüşələri titrəyir.