
Vladimir Putin yürütdüyü xarici siyasətlə Rusiya iqtisadiyyatını böhrana sürükləyir. Belə bir bəyanatla İsveçin xarici işlər naziri Karl Bildt çıxış edib. “Rusiyaya qarşı tətbiq olunan sanksiyaları və qadağaları təhlil etsək, onu etiraf etmək lazımdır ki, ölkə iqtisadiyyatına qarşı ən effektiv sanksiyaları elə prezident Putin tətbiq edir. Mən ölkədən böyük kapital axınının olmasını nəzəzrdə tuturam. Bu mahiyyətcə Avropa Birliyinin Rusiyaya qarşı edə biləcəklərindən də güclü itkidir”, deyə o, vurğulayıb.
K.Bildtin fikrincə, xarici investorlar hazırda Rusiya iqtisadiyyatına sərmayə yatırmağa çəkinirlər. Bu onunla bağlıdır ki, onlar Rusiya liderlərinin nə edə biləcəyini bilmirlər: “Biznes və iqtisadi əlaqələr üçün müəyyənlik əsas şərtlərdən biridir. Biznesmenlər ölkədə nə ola biləcəyini bilmək istəyirlər. Siz maliyyə yatırarkən tərəfdaşınıza və ölkədəki siyasi sistemə etibarınız olmalıdır. Amma məhz Putin bu sistemi hazırda qeyri-müəyyən edib”.
azadliq.info


