Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hazırda həbsdə olan rəhbəri Anar Məmmədli iyunun 18-i üçün məhkəməyə çağırılıb. Məmmədli göstərilən tarixdə, saat 15:00-da 1 saylı İnzibati-İqtisadi Məhkəməsində olmalıdır.
Anar Məmmədliyə göndərilən çağırış vərəqini vəkil Xalid Ağəliyev facebook səhifəsində paylaşıb. Çağırış vərəqini hakim Şərafət Məmmədovanın imzalayıb.



