“Həyat yoldaşımla başqa-başqa şəhərlərdə yaşayırıq”
Müğənni və biznesmen Emin Ağalarov “super.ru” saytına müsahibəsində şəxsi həyatı və yaradıcılığı ilə bağlı suallara cavab verib.
“Gənc milyarder və müğənni yaradıcılığı ilə məşğul olduğu bir dövrdə onunla bağlı şaiyələr də artmaqdadır. Çünki son vaxtlar həyat yoldaşı ilə birlikdə az-az görünür. Hazırda 28 yaşlı Leyla Əliyeva vaxtının böyük hissəsini Böyük Britaniyada, yaxud vətənində keçirir. Emin Ağalarov isə daha çox gənc və gözəl qızların əhatəsində görünür. Bütün bunlar isə artıq subay olması ilə bağlı söhbətlərin dolaşmasına səbəb olur”, – deyə “super.ru” Ağalarovla söhbətə giriş verir. Suallara gəlincə:
– Emin, sizin kliplərinizdə sözün həqiqi mənasında dünyanın ən gözəl qadınları çəkilir. Amor mahnınıza çəkilən klipdə “Miss Vselennaya- 2012” çəkildi. Bir vaxtlar sizin bir klipinizdə də parlayan həyat yoldaşınız buna necə yanaşır?
– Həyat yoldaşım buna anlayışla yanaşır, axı klipdə çəkilən gözəl qız ona müəyyən qədər də estetika verir. Müəyyən titul və məşhurluğu olan aktrisa mənim musiqi yaradıcılığımı daha da irəli aparmağa və onu daha böyük auditoriyaya çatdırmağıma yardım edir.
– Son vaxtlar mediada və kübar yığıncaqlarda tez-tez Sizin artıq həsəd aparılan adaxlı olmanız barədə pıçıldaşmalar olur. Siz bu şayiələrə necə yanaşırsız?
– Şaiyələr var. Ancaq öz adımdan demək istəyirəm ki, mən boşanmış deyiləm və həsəd aparılan adaxlı da deyiləm. Sadəcə olaraq biz həyat yoldaşımla ayrı-ayrı şəhərlərdə yaşayırıq. Leyla Bakı, London, mən isə Moskvada məskunlaşmışam. Həmçinin qastrollarda oluram.
azadlıq.info


