“mia.az” niyə işləmir?

Müstəqil İnformasiya Agentliyinin saytı (mia.az) mayın 16-ı səhər saatlarından fəaliyyətini dayandırıb. Səbəb saytın yerləşdiyi serverdə problemin yaranmasıdır. Bu barədə azadliq.info-ya agentliyin rəhbəri Zaur Əhməd məlumat verib. Onun sözlərinə görə, serverinin avadanlıqlarına ciddi zərər dəyib. Yaranmış nasazlığın aradan qaldırması üçün tədbirlər görülür.