Razumkov Mərkəzi Krımdan savayı ölkənin bütün bölgələrində sorğu aparıb
Ukraynada son 10 ildə ilk dəfə olaraq sorğularda Avropa Birliyinə tərəfdar olanlar 50 faiz həddini keçib. Bu haqda “Los Angeles Times” qəzeti yazır.
Ukraynada Razumkov Mərkəzinin apardığı sorğuya görə, rəyi soruşanların 52 faizi Avropa Birliyi ilə, cəmi 16 faizi isə Rusiya ilə siyasi və iqtisadi əlaqələrə tərəfdardır.
Razumkov Mərkəzi Ukrayna boyu 2 min adamın fikrini öyrənib. Krımda sorğu keçirilməyib.
Ancaq mərkəz bildirir ki, Krımın 2 milyon əhalisi var, bu da Ukraynanın 46 milyonluq əhalisinin təxminən 4 faizi qədərdir. Yəni sorğunun son nəticəsinə əhəmiyyətli təsir göstərmir.
NATO-ya qoşulmağa tərəfdar olan isə nisbətən azdır – 36 faiz. Rəyi soruşulanların 41 faizi NATO-ya qoşulmağın əleyhinədir. (anspress.com)


