Hakimiyyət siyasi cinayət edib

AXCP yaydığı bəyanatda Pərviz Həşimlinin həbsini belə dəyərləndirib 

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış jurnalist Pərviz Həşimlini 8 il azadlıqdan məhrum etməsiylə bağlı hökmünü AXCP də siyasi sifariş kimi dəyərləndirib. Partiyanın bununla bağlı qəbul etdiyi bəyanatda deyilir: “Mayın 15-də Azərbaycan məhkəmələrində növbəti siyasi qərar qəbul edildi.  MTN-in şərləyərək həbs etdiyi jurnalist, hüquq müdafiəçisi, AXCP Ali Məclisinin üzvü Pərviz Həşimli 8 il azadlıqdan məhrum edildi. Bu məhkəmə prosesi açıq sübut elədi ki, Pərviz Həşimlinin həbsi və MTN-in təcridxanasında işgəncəyə məruz qalması,  hakimiyyətin siyasi iradəsi ilə həyata keçirilib.  Pərviz Həşimlidən AXCP sədri  Əli Kərimliyə qarşı ifadə almağa çalışıblar. Yalnız Pərviz bəyin yüksək iradə nümayiş etdirməsi   hakimiyyətin çirkin niyyətinə çatmasına imkan verməyib. Azərbaycan Xalq Cəbhəsi Partiyası bəyan edir ki, ölkənin AŞ  Nazirlər Komitəsinə rəhbərlik etməyə başladığı günlərdə hölumətin bu cür addımlar atmağı, yerli və beynəlxalq ictimaiyətə , habelə ölkənin qanunlarına Konstitutsiyasına, qoşğulduğu müvafiq beynəlxalq konvensiyalara  meydan oxumaqdır. Partiya  bildirir ki, bu günə qədər olduğu kimi Pərviz Həşimlini sonadək müdafiə edəcək və bütün dünyanı bu siyasi cinayətin ifşa olunmasına səfərbər edəcək.  Eyni zamanda AXCP hakimiyyəti bu çirkin əməllərdən və cəmiyyəti qanundan kənar müstəviyə  cəlb etməkdən  çəkinməyə çağırıb”.