AXCP sədrinin müavini, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev Türkiyədə səfərdədir. O, mayın 15-də Ankarada Kanadanın Türkiyə, Gürcüstan və Azərbaycandakı səfiri Con Holmes (John Holmes) ilə görüşüb. Bu barədə onun özü facebook səhifəsində məlumat paylaşıb.
R.Nurullayevin yazdığına görə, görüşdə Azərbaycandakı son ictimai-siyasi durum, insan haqları və demokratiya sahəsində baş verən hadisələr və regionda gedən geosiyasi məsələləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


