ABŞ İraqa 1 milyard dollarlıq silah satacaq

ABŞ Dövlət Departamenti İraqa 1 milyard dollar məbləğində silah satılacağını bildirib. Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, tərəflər arasında artıq bu məqsədlə razılıq əldə olunub. Pentaqonun rəsmi Bağdadla razılaşması artıq təsdiq olunması üçün Konqresə göndərilib. İraq hökuməti ABŞ-dan daha çox “AT 6C” hərbi təyy alıb. Bu sayı 24-dür İraq bu təyyarələrə 790 milyon dollar ödəyib. HMMWV markalı 200 hərbi avtomabilə isə 101 milyon dollar ödəniləcək.

Bundan əlavə, İraq silahlı qüvvələrinə yeni ABŞ pulemyotları və snayperləri də gətiriləcək. İraq hökuməti yaxın illərdə birdəfəlik olaraq NATO-standartlarına keçəcəyini bildirib və bu məqsədlə ABŞ-dan silah almağa başlayıb. İraq tərəfinin verdiyi xəbərə görə, bu hələ başlanğıcıdır gələcəkdə İraq və ABŞ arasında silah alış-verişi daha da intensiv hal alacaq.