Hərbçilərimiz ağır qəzaya düşdü: 4 yaralı

Azərbaycanda hərbçilər qəzaya düşüb 

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ağdam rayonunda qeydə alınıb.

İçərisində hərbçilərin olduğu “VAZ-2107” markalı avtomobilin qəzaya düşməsi nəticəsində avtomobildə olan müddətdən artıq xidmət edən hərbi qulluqçuları – Nicat Həsənov, Vüsal Abbasov, Sadiq Mehdiyev və sürücü Rauf Abbasov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.