Şahin Sultanovun vəkili yıxılana balta çalanlardan narahatdır Şahin Sultanovun həbsi barədə mətbuatda əvvəlcədən xəbər verilmişdi. Demək olar ki,bütün xəbər saytları onun həbs ediləcəyini bildirirdilər. Amma bu, təbii ki, proqnoz deyildi və sadəcə olaraq, informasiya sızıntısı idi. Admiralın nədə ittiham olunduğu barədə aydın təsəvvür isə hələ də yoxdur. Ümumən belə təsəvvür edilir ki, bu həbs Səfər Əbiyəvin zamanında baş vermiş bir sıra korrupsiya əməliyyatlarının sirrini öyrənmək üçün planlaşdırılan bir əməliyyatdır. Bu o deməkdir ki, Şahin Sultanovun həbsindən sonra orduda daha bir həbs dalğası başlayacaq və bir çox iri rütbəli zabitlərin həbsi gözlənilir. Görünür, buna görədir ki, Şahin Sultanovun həyat yoldaşı mətbuat konfransı kəçirərək bir çox iri rütbəli zabit və generallardan şikayətləndi. Bu, şikayət kimi dəyərləndirilməməlidir və o deməkdir ki, Şahin Sultanov nə edibsə, sizinlə birlikdə edib. Bu arada admirala qarşı hazırlanan maraqlı bir iddia barədə xəbər tutduq. Əməkdaşmıza verilən bilgidə ıddıa edilir ki, admiral Sultanova qarşi planlaşdırılan ittihamlardan biri hərbi gəmilərdən brakonyerlərin istifadəsinə imkan yaradılması olacaq. İttihama görə, Qazaxstan hərbi dənizciləri ilə təmas yaradan Azərbaycan matrosları hər iki tərəfdən olan brakonyerlərin də xidmətlərini birləşdirərək əməlli başlı pul qazana biliblər. Bu məsələ ilə bağlı admiralın vəkili Adəm Məmmədova müraciət etdik. Adəm Məmmədov bildirdi ki, yıxılana balta çalan çox olar və görünür, Şahin müəllimin düşmənləri belə məlumatları ortalığa atmaqla hansısa məqsədlər güdürlər. Buna baxmayaraq, Adəm Məmmədov bu məsələlərə aydınlıq gətiriləcəyini bildirdi.
azadliq.info


