Ukraynanın Kramatorsk şəhəri yaxınlığında separaçılarla baş vermiş döyüş zamanı 7 hərbçi həlak olub. APA-nın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı separatçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib. “Terrorçular hərbçiləri minaatanlardan və avtomat silahdan atəşə tutub. Minaatanlardan açılan ilk atəş nəticəsində 2 hərbçi hadisə yerində həlak olub, 3 nəfər isə yaralanıb. Döyüş nəticəsində, ümumilikdə, 6 hərbçi həlak olub, daha 8 nəfər isə yaralanıb”, deyə məlumatda bildirilir.
Separatçılar arasında ölən və yaralananlar barədə məlumat verilmir.


