Yaxud Strateji Araşdırmalar Mərkəzi hansı işlə məşğuldur?
Milli QHT Forumunun təşkilatçılığı ilə “Antiterror iddiası və erməni terrorizminə ”dəstək” mövzusunda keçirilən ictimai müzakirələr zamanı politoloq Adıgözəl Məmmədov prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) fəaliyyətini tənqid edib.
Publika.az-ın məlumatına görə, politoloq deyib ki, erməni terrorizminin təbliğatı istiqamətində işlər aparılmalıdır və bu işlə bilavasitə SAM məşğul olmalıdır: “Strateji Araşdırmalar Mərkəzi bilavasitə bu sahədə materiallar işləyib hazırlamalıdır. Ancaq son günlərdə məlum oldu ki, bu mərkəz başqa işlərlə məşğul olur”.
Qeyd edək ki, SAM-ın rəhbəri Fərhad Məmmədovdur. Onun hədəfə alınması təsadüfi deyil. Fərhad Məmmədov nurçu qalmaqalında adı hallanan əsas şəxslərdəndir. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanovun komandasının üzvüdür. Fərhad Məmmədov nurçu ittihamlarına cavab verərkən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovu hədəfə almışdı. Bu baxımdan da Əli Həsənova yaxın media Fərhad Məmmədova qarşı savaş elan etmişdi. Bu savaş hələ də davam edir. Elə Milli QHT Forumunun tədbirində Fərhad Məmmədovun hədəfə alınması bu savaşın tərkib hissəsidir. Bu qurum da Əli Həsənova yaxınlığı ilə seçilir.
Azad


