Bakıda üç piyadanı maşın vurdu, biri öldü

Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub. APA-nın məlumatına görə, hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.