Mariupolda 20 terrorçu öldürülüb Yenilənib

Ukraynanın daxili işlər naziri Arsen Avakov Facebook səhifəsində Mariupolda 20 terrorçunun məhv edildiyini, 4-nwn isə əsir götürüldüyünü yazıb. Avakov əməliyyatlar zamanı 5 nəfər milis işçisinin yaralandığını, bir nəfərin isə həlak olduğunu qeyd edib.

“Avtomatla silahlanmış təxminən 60 yaxın terrorçu qrup tərəfindən şəhər milis şöbəsinə hücum təşəbbüsü edilib. Binanı tutmağa cəhd edən silahlılarla toqquşma olub. Toqquşma tam miqyaslı döyüşə çevrilib. Milli Qvardiyanın “Omeqa” bölməsinin və Daxili İşlər Nazirliyinin “Azov” xüsusi təyinantlılarının səyi nəticəsində terrorçu qruplaşmasının əhəmiyyətli hissəsi məhv edilib”, – deyə nazir bildirib. 

***

Ukraynanın Mariupol şəhərində Ukrayna ordusu Rusiyapərəst yaraqlıların tutduğu polis məntəqəsinə hücum edib. Ağır döyüşlər gedir.

Ukraynanın İnsider xəbər saytının məlumatına görə, 8 yaraqlı öldürülüb. İnterfaks agentliyi ordunun zirehli texnikadan istifadə etdiyini bildirir.

Ukraynada 9 may qələbə bayramının qeyd olunması sönük keçir. Ancaq qələbənin 69-cu ildönümünü qeyri-formal nümayişlərlə qeyd edənlər var.