Qəzetin çap olunmamasının səbəbi maliyyə böhranı, sair problemlərdir
“Yeni Müsavat” sabahdan etibarən çapını dayandırır. Bu gün qəzetin rəhbərliyi bu barədə qərar verib.Qəzetin çapının dayandırılması heç də yaxın günlərdəki bayram günləri ilə bağlı deyil. Məlum olduğu kimi, həftədə yeddi gün çap olunan “Yeni Müsavat” qəzeti əvvəlki 7-8 günlük bayram tətillərində də bir-iki gün istisna olunmaqla hər zaman çapdan çıxırdı. Bu dəfə qəzetin çap olunmamasının səbəbi qəzetin satışına qəsdən yaradılmış süni maneələr, bununla əlaqədar olaraq yaranmış maliyyə böhranı, sair problemlərdir.
Noyabrın 10-da 24 yaşını qeyd edəcək “Yeni Müsavat”ın bu addımının zərurət üzündən atıldığını bəyan edən qəzet rəhbərliyi bildirir ki, kollektiv bununla ölkə vətəndaşlarının, hakimiyyətin, beynəlxalq ictimaiyyətin diqqətini yaranmış problemin ciddiliyinə cəlb etmək fikrindədir.
“Yeni Müsavat”ın kağız variantının nə vaxt bərpa olunacağı barədə əlavə məlumat veriləcək. (musavat.com)


