Kürdəmirdə 2 yük maşını toqquşdu: 65 qoyun öldü

Bu gün günorta saatlarında Bakı-Qazax yolunun 204-ci kilometrliyində ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Kürdəmir rayonunun Qarabuca kəndi ərazisində iki yük maşını toqquşub. Hadisəyə yüksək sürət səbəb olub.
Belə ki, Bakı sakini, 1973-cü il təvəllüdlü Mahir Həsən oğlu Sıraqovun idarə etdiyi “Mercedes” markalı, 90 SM 891 dövlət nömrə nişanlı avtomobil Kürdəmirdən Bakıya mal-qara apararkən qarşı tərəfdən gələn, Şirvan şəhər sakini, 1960-cı il təvəllüdlü Abxan Gülbala oğlu Əliyevin idarə etdi içi nar ilə dolu “Kamaz” markalı 18 AC 391 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobildəki 100-dən çox qoyundan 60-ı və 5 baş iribuynuzlu heyvan tələf olub. Digər maşındakı nar isə yola dağılıb. Hər iki sürücü xəsarət alaraq Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Mahir Sıraqovun vəziyyəti nisbətən daha ağırdır. Oun hər iki ayağı qırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.