ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kennet Yalovits Gürcüstan hakimiyyətini xəbərdar edib ki, Mixail Saakaşvili saxlanılsa, ölkədə Ukraynadakı hadisələrə bənzər olaylar təkrarlana bilər. Ukraynada Yuliya Timoşenkonun həbsi Avropa ilə ziddiyyətlərə səbəb oldu.
Keçmiş səfirin fikrincə, Saakaşvili həbs olunsa, bu ölkədə qütbləşməyə səbəb olar və insanları küçəyə çıxarar. «Ola bilər ictimaiyyət və partiyalar tərəfindən Bidzina İvanişviliyə müəyyən təzyiqlər edilir ki, Saakaşviliyə qarşı güya ədalət bərpa olunsun. Ancaq bu tələblərə beynəlxalq ictimaiyyət tərəfindən xəbərdarlıq edilib. Siyasi təqib yolverilməzdir. Keçmiş prezidentin təqib olunması Avropa və ABŞ-da pis qarşılanacaq. Saakaşvili üçün ən yaxşı çıxış yolu ölkəni tərk edib ABŞ, yaxud Avropada akademik fəaliyyətlə məşğul olmaqdır», – deyə diplomat bildirib.


