
“Azadlıq”ın köşə yazarı Səadət Cahangirin “Qırov” adlı yeni şeirlər kitabı çapdan çıxıb. Kitaba şairənin son illərdə yazdığı şeirləri toplanıb. “Qırov”dakı şeirlərin bir hissəsi də ölkədə azadlıq mücadiləsi verən və yolu həbsxanalardan keçən vicdan məhbuslarına həsr olunub.
Müəllifin sözlərinə görə, onun əvvəlki kitabında da bu mövzuda şeirlər yer alıb. Amma “Qırov”da “həbsxana” şeirlərinin çəkisi xeyli artıb və demək olar, lirik şeirlərlə bərabərləşib. Müəllif həmin şeirləri kitabda ayrıca “Həbsxana” bölməsi adıyla təqdim edib.
Kitaba ön sözü görkəmli şairimiz Məmməd Ismayıl yazıb, illüstrasiyaları isə Könül Cahangir işləyib.


