
İran vətəndaşları Facebook sosial şəbəkəsi və Twitter mikrobloqlar xidməti daxil olmaqla yaxın gələcəkdə 2009-cu ildən ölkə ərazisində bloklanmış bir sıra məşhur internet resurslarına giriş əldə edə bilərlər.
ICTnews bildirir ki, İranın mədəniyyət naziri Əli Canatti bu yaxınlarda bəyan edib ki, hər kəs Facebook və başqa saytlara sərbəst giriş imkanına malik olmalıdır.
Xatırladaq ki, Facebook kimi sosial internet-resurslar İranda ona görə bloklanıb ki, radikal yönümlü şəxslər qiyam, qarışıqlıq və s. təşkili üçün ondan istifadə edə bilməsinlər. (milli.az )


