Prezidentlərin görüşü nə vəd edir?

Vəfa Quluzadə: «Bu danışıqlar gələcək üçün bir zəmin hazırlaya bilər»

 

Azərbaycan prezidenti Ilham Əliyev Ermənistanın dövlət başçısı Serj Sərkisyanla görüşməyə razılıq verib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Iqor Popov deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı növbəti görüş bu ilin sonuna planlaşdırılır. Qeyd edək ki, noyabrın 4-də Bakıda həmsədrlər Ceyms Uorlik, Jak For və Iqor Popov  prezidenti ilə Bakıda bir araya gəliblər.

Xatırladaq ki, prezidentlər Ilham Əliyevlə Serj Sərkisyanın son görüşü ötən il yanvarın 23-də Soçidə olub.

Uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin bir araya gəlməsi nə vəd edir?

Politoloq Vəfa Quluzadə bu qədər susqunluqdan sonra prezidentlərin görüşünün təşkilinin uğur kimi təqdir olunacağını deyir. Bu isə təbiidir. 

Lakin ekspert hesab edir ki, hələlik Qarabağ məsələsində hər hansı irəliləyiş gözləməyə dəyməz. Çünki ilk növbədə bu məsələdə Rusiyanın mövqeyi dəyişməyib. Digər tərəfdən ABŞ-ın bu məsələni həll etmək üçün siyasətində hələlik heç bir dəyişiklik yoxdur. Yəni Amerika gündəliyində bunu önəmli məsələ kimi qoymayıb. Məsələ həmişəki kimi belə qoyulub ki, tərəflər öz siyasi iradəsini ortalığa qoysun: “Amma tərəflər siyasi iradəsini ortalığa nətər qoysun ki, bir tərəfdən Rusiya məsələnin həllini əngəlləyir. Rusiya ilə bərabər ondan da artıq bu qüvvə məsələyə hələlik maraq göstərmir. Ona görə də yaxın vaxtlarda hər hansı bir irəliləyiş olmayacaq”.

Bununla belə ekspert görüşlərin baş tutmasının müsbət hal kimi qiymətləndirdi. Çünki danışmaq həmişə susmaqdan daha yaxşıdır. Bu danışıq gələcək üçün də bir zəmin hazırlaya bilər.

Fizzə