
Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli “Facebook” səhifəsində “Azadlıq” qəzetinə olan hücumlarla bağlı status yazıb. G.Hacıbəyli statusunda qəzetə qarşı olan hücumları səlib yürüşünə bənzədib:
Azərbaycan hakimiyəti “Azadlıq” qəzetinə qarşı Səlib Müharibəsinə çıxıb. Siyasi polemikanı Parlamentdən yox edənlər, indi onun media müstəvisindəki son işartılarını da söndürmək istəyirlər. Görünür hakimiyyət siyasi mübarizəni sivil mükalimə müstəvisindən küçələrə köçürməkdə israrlıdır. Lütfən, Qubanı, İsmayıllını yada salın və dayanın! Orada ictimai nifrətin kimlərə ünvanlandığını, kimlərin obyektlərinin külə çevrildiyi xatırlayın və dayanın! ÖZÜNÜZ ÜÇÜN DAYANIN!


