Suriyada “Sepah” komandiri öldürülüb

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, Kirman əyalətinin “Sarəllah” qərargahının komandirlərindən olan Məhəmməd Cəmali Paqələ Suriyada öldürülüb.

“Media forum” satının məlumatına görə, İran mənbələri Suriyada Bəşər Əsədə müxalif qüvvələrlə qarşıdurmada öldürülən “Sepah” komandirinin həlak olmasının tarixini açıqlamayıb.

İran rəsmiləri bundan əvvəl bəyanatlar yayaraq Suriya müxalifətinə qarşı döyüşlərdə “Sepah”ın silahlı qüvvələrinin birbaşa iştirakı ilə bağlı beynəlxalq mediada yayılan məlumatları təkzib etmişdilər.