Jurnalist Sahib İslamovun üzərində keçirilən cərrahiyə əməliyyatı başa çatıb.
S.İslamovun qardaşının Avropa.info-ya verdiyi məlumata görə, cərrahiyə əməliyyatı normal keçib. Əməliyyat zamanı S.İslamovun qida borusunda qalmış qida qalığı çıxarılıb.
S.İslamovun qardaşı bildirib ki, o, reanimasiya şöbəsinə yerləşdirilib. O bildirib ki, S.İslamov hələlik komadan ayılmayıb.
Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.


