Bu gün Gəncənin mərkəzində baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində 1 qadın ölüb, 2-i uşaq olmaqla 5 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə saat 21.30 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Adilxan Ziyadxanlı küçəsi ilə kəsişməsində baş verib. İlkin məlumata görə, “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2107”-də olan qadın sərnişin həlak olub, 2 uşaq və sürücü isə Gəncə şəhər Tibbi yardım xəstəxanasına yerləşdirilib. “Mercedes” markalı avtomobildə olan 3 nəfər şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.
Gəncədə ağır yol qəzası: 1 ölü, 5 yaralı
•


