30 saylı sərnişin avtobusu “Cavanşir körpüsü”nün yanında yük qatarının gəlməsini gözləməyərək yola çıxıb
Bu gün saat 06:14 radələrində Bakının Xətai rayonu, Cavanşir (Qaqarin) körpüsünün yanında sərnişin avtobusu qatarla toqquşub. Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 30 saylı sərnişin avtobusu yük qatarının gəlməsii gözləməyərək yola çıxıb. Nəticədə ağır qəza baş verib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onların 4-ü xəstəxanaya yerləşdirilib. Bir nəfərin isə xəsarəti yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.


