Rusiyanın Zelenoqrad şəhərində iki azərbaycanlı yeniyetmənin döyülmə faktı qeydə elanıb. Onlardan biri, 14 yaşlı əlil oğlanın döyülüb kor edilməst barədə artıq məlumat yayılıb və bu hadisə geniş əks sədaya səbəb olub.
Bu arada küçədə 22 yaşlı azərbaycanlı gənc döyülüb. Zərəçəkmiş deyib ki, noyabrın 2-də axşam saatlarında yaşadığı evin həyətində iki slavyan görünüşlü yeniyetmə ilə rastalışıb. Əvvəl onlar azərbaycanlı gənci təhqir edib. daha sonra bir neçə zərbə endirərək aradan çıxıblar. Polis həmin şəxsləri axtardığını deyir. Hüquq mühafizə orqanları bu iki hadisənin bir biri ilə əlaqəli olmadığını desə də, son günlər Rusiyada azərbacanlılar qarşı hücumlar artıb.


