
Ukrayna prezidenti Viktor Yanukoçiv ABŞ dövlət katibinin müavini Viktoriya Nulandı əmin edib ki, ölkəsi Avropanın xeyrinə seçim edib. «Görüş zamanı prezident aydın şəkildə işarə etdi ki, Ukrayna seçimini edib və bu seçim Avropanın xeyrinədir», – deyə Yanukoçivlə görüşdən sonra Nuland jurnalistlərlə söhbətində açıqlamasında bildirib. Dövlət katibinin müavini əlavə edib ki, ABŞ Ukraynanın seçim hüququnu dəstəkləməyə və ölkənin Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaması üçün lazım olan tələbləri yerinə yetirməsinə tam dəstək verməyə hazırdır. «Bu axşam fürsətdən istifadə edib Ukraynanı Aİ tərəfində Assosiasiya Sazişini imzalamaq üçün müəyyən edilən meyarları yerinə yetirmək üçün görülən işlər münasibətilə təbrik etdik. Bu onlarla qanunverici aktlardır», – deyə Nuland qeyd edib.
Məlumata görə, Viktoriya Nulandın prezident Viktor Yanukoviçlə görüşü nəzərdə tutulduğu kimi 30 dəqiqə deyil, 2,5 saat davam edib.
azadlıq.info


