Səfər Əbiyev oğlunun toyuna Rafet El Romanı gətirdi

Keçmiş nazirin qonaqları sırasında indiki nazirlər və generallar da olub

Ötən gün Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə müdafiə naziri postundan uzaqlaşdırılan Səfər Əbiyev oğlunun toyu olub. ANS PRESS-in məlumatına görə,“Buta Palace”da keçirilən möhtəşəm toy mərasimində Türkiyəli müğənni Rafet El Roman iştirak edib. Müğənni sevilən mahnıları ilə qonaqları əyləndirib.

Həsən və Nərminə cütlüyünün xoş günündə zalı türkiyəli dizayner Tuba Yavuzer bəzəyib.

Məclisin qonaqlarına gəlincə, “Modern.az” xəbər verir ki, bir çoxları vəzifədən uzaqlaşdırılan generalın oğlunun toyunda yüksək vəzifəli məmurların iştirak etməyəcəyini proqnozlaşdırsa da, gözlənildiyinin əksi baş verib.
Belə ki, toyda iştirak edən qonaqlardan alınan məlumata görə, mərasimdə daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov və digər nazirlər, yüksək çinli məmurlar, generallar iştirak ediblər.