
İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən olan Məhəmməd Camalzadə Suriyada öldürülüb. ANS PRESS “Mehr” xəbər agentliyinə istinadən bildirir ki, onun Suriyanın cənubunda müxalifət təmsilçiləri tərəfindən öldürüldüyü bəyan edilib. Agentliyin məlumatına görə, iranlı zabit Dəməşqdə yerləşən şiə türbəsini ziyarətə gedibmiş.
Rəsmi İSNA agentliyinin məlumatına görə, İran parlamentinin komissiya üzvü Cavad Kərimi Qüddüsi bir iclasda elədiyi çıxışda İranın Suriyada yüzlərlə bölüyünün olduğunu bildirib. “Suriyada İrandan yüzlərlə bölük vuruşur. Suriya ordusunun qazandığı xəbərləri bir suriyalı komandirin dilindən eşidirsiniz, ancaq onun arxasında iranlı qüvvələr durur”,- deyə iranlı deputat bildirib.


