Prokuror baş redaktora 5 il yarım iş istədi

“P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edib və ona 5 il yarım iş kəsilməsini istəyib. Bu barədə “BBC Azərbaycanca”ya baş redaktorun vəkili Samir İsayev məlumat verib. Vəkil deyib ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmayıb:
“Məhkəmə istintaqı başa çatdı. Bizim gətirdiyimiz əsaslar, dəlillər nəzərə alınmadı. Həmin ərazidə yaşayan şəxslərin şahid qismində ifadə verməsinə hakim razı olmadı və müdafiə tərəfinin sübutları nəzərdən keçirilmədi”.
Proses noyabrın 12-də müdafiə tərəfinin və Sərdar Əlibəylinin çıxışı ilə yekunlaşacaq.
Vəkil deyib ki, məhkəmədən ədalətli qərar gözləmir.
Sərdar Əlibəyli 221.3-cü maddə (silah və əşyalardan istifadə olunmaqla xuliqanlıq) üzrə ittiham olunur. İstintaq materiallarına görə, Sərdar Əlibəyli Namiq Əmirov adlı şəxslə mübahisə edib və onu daşla vurub. O, iyulun 31-də həbs olunub.