Mahaçqalada hakim öldürüldü

Mahaçqalada Federal məhkəmənin Lenin rayonu üzrə hakimi Zeynəddin Madanov öldürülüb.

«İnterfaks»-ın məlumatına görə, istintaq komitəsinin respublikadakı idarəsindən bu haqda bildirilib: «Dəqiqləşdirilmiş məlumata əsasən, Z.Madanov Federal məhkəmədə işləyib. Olay yerində istintaq briqadası işləyir. Hadisənin baş verdiyi şərait öyrənilir». (lent.az)