Azərbaycana kartofla təhlükəli xəstəlik gələ bilər

Çox qorxulu xəstəliyin Azərbaycana keçmə təhlükəsi yaranıb. Bununla əlaqədar həyəcan təbili çalan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, Ermənistanda kartofda geniş yayılmış boz çürümə və xərçəng xəstəliyi artıq məhsulla Gürcüstan sərhədini keçib. Ölkəmizdə kartof istehsalının azalması nəticəsində yaranmış məhsul qıtlığı, həmçinin Irandan kartofun ixrcına qoyulan məhdudiyyətlər bu məhsulun Gürcüstandan gətirilməsini zəruri edib.
“Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində baş verən özbaşınalıqlar, qeyri-rəsmi ödənişlər bu kimi təhlükəli yoluxma xəstəlikləri olan məhsulların ölkəyə daşınmasını şərtləndirir. Ona görə də “Qırmızı körpü” gömrük-buraxılış məntəqəsində fitosanitar nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var”, – deyə mütəxəssis bildirib.