Cəmil Həsənli Abbas Abbasovla görüşməyib

Bəzi saytların yaydığı məlumata görə, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Türkiyə səfəri zamanı İstanbulun tarixi Çırağan sarayında Turk Tarix Kurumunun toplantısında iştirak etməklə yanaşı Milyarderlər İttifaqının  “ağsaqqalı” Abbas Abbasovla da görüşüb. Bu görüşün Türkiyəyə səfərinin ilk günündə “Çırağan” otelində reallaşdırıldığı iddia olunur. Məlumatda o da bildirilir ki, Abbas Abbasov da Türkiyəyə Turk Tarix Kurumunun toplantısında iştirak üçün qatılıbmış. 

Məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün C.Həsənli ilə əlaqə saxladıq. C.Həsənli barəsində yayılan bu məlumatları təkzib etdi. “Mən Türkiyəyə səfərim zamanı Abbas Abbasovla görüşməmişəm. Abbas Abbasobun Turk Tarix Kurumunun toplantısında iştirak etdiyi ilə bağlı məlumat da həqiqətdən uzaqdır”, deyə C.Həsənli vurğuladı.

azadliq.info