AXCP-nin yeni köçdüyü mərkəzi qərargahının qarşısında – Tələt Şıxəliyev küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində noyabrın 3-də “Təhlükəsiz şəhər” kameraları yerləşdirilib. Kameralar küçənin “boyundan” çox hündürdür və bu kameralar vasitəsi ilə binanın ikinci mərtəbəsində baş verənləri də izləmək mümkündür.
Kameralar həm rəngli, həm də sutka ərzində fırlanan kamera vasitəsi ilə (qaranlıq vaxtlarda da) ağ-qara formatda video çəkilişlər apara bilir (“Turan”).


