Türkiyədə məhkəmə binasına “molotof kokteyli” ilə hücum

Türkiyənin Şırnak vilayətində yeni tikilməkdə olan məhkəmə binası hücuma məruz qalıb

Türkiyə Şırnak vilayətinin Silopi rayonunda tikilməkdə olan məhkəmə binası hücuma məruz qalıb. Yerli mətbuatın xəbərinə görə, smeta dəyəri 3.5 milyon lirə (1 milyon 376 manat) olan və bu il aıçılışı gözlənilən binaya naməlum şəxslər “molotof kokteyli” atıblar. Hücum nəticəsində binanın xarici fasadında ziyan dəysə də xəsarət alan olmayıb. Yerli polis faktla bağlı araşdırmalara başlayıb.