“Moskvadan azərbaycanlıların kütləvi axını müşahidə olunur”

Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə rəhbəri baş verənlərlə bağlı narahatlığını dilə gətirib

 

«Azərbaycan Dəmir Yolları» QSC və «Azal» isə sərnişindaşımada fərqin olmadığını deyir

“Moskvada Orxan Zeynalovla bağlı hadisədən sonra qeyri-ruslar, xüsusilə azərbaycanlılara qarşı yoxlama və təzyiqlər kampaniya halını çevrilib. Bunu APA-ya Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə rəhbəri Aydın Cəfərli deyib. O bildirib ki, adi bir məişət cinayətinə görə bu cür geniş kampaniyalara başlanması Rusiya ictimaiyyətində də mənfi rəy yaratmağa başlayıb. Və burada yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edən qüvvələr var ki, bu da millətlərarası münasibətləri korlaya bilər.

 Aydın Cəfərli deyir ki, hazırda azərbaycanlılar kütləvi şəkildə Moskvadan gedirlər: ”Bilmirik bu süni əngəldir, ya yox, amma Rusiyanı tərk etmək istəyənlərin əksəriyyəti Azərbaycana bilet tapa bilməmələri ilə bağlı bizə şikayət edirlər. Demək olar ki, bu günlərdə Azərbaycana bilet yoxdur. Gedənlərin bir qismi ara sakitləşdikdən sonra qayıtmağı nəzərdə tutsa da, bir çoxu artıq buranı birdəfəlik tərk edir”.

Aydın Cəfərlinin sözlərinə görə, hüquq mühafizə orqanlarını əməkdaşlarının bazar və hər həftənin cümə günü ÿevlərdə apardığı yoxlamalar daha da intensivləşib. O, regionlarda yaşayan azərbaycanlılardan da onlara şikayətlər daxil olduğunu deyir.

Bəs görəsən Rusiyadan azərbaycanlıların kütləvi şəkildə axını özünü dəmiryolu və “Azal”ın sərnişin daşımalarında göstərirmi? Bu məsələ ilə bağlı hər iki qurumun mətbuat xidmətinin rəhbərləri ilə əlaqə saxladıq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisiÿNadir ÿƏzməmmədov bildirdi ki, təmsil etdiyi qurumun Rusiyadan sərnişindaşımalarında son zamanlar elə də ciddi fərq nəzərə çarpmır və qatarlar əvvəlki qrafiq üzrə hərəkət edirlər.

“Azərbaycan Hava Yolları” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli də bildirdi ki, Rusiyadan gerçəkləşdirilən reyslərdə ciddi dəyişiklik yoxdur: “Əvvəlki qrafik üzrə uçuşlar davam edir və heç bir sərnişin sıxlığı yaşanmır, satışlar əvvəlki templə həyata keçirilir. Heç bir artım müşahidə olunmur”.

Hikmət