
Dünən Moldovanın paytaxtı Kişnyov şəhərində Avropaya inteqrasiya tərədfdarlarının mitinqi keçirilib. Hakim Avropa yönlü koalisiyanın təşkil etdiyi bu mitinqdə liberal demokrat, demokrat, liberal islahatçı partiyaların tərəfdarları iştirak eiblər. Mitinqdə 100 mindən artıq insanın iştirak etdiyi bildirilir. Mitinq iştirakçıları Avrointeqrasiyaya dəstək ifadə edən bəyənnamə qəbul ediblər. Bəyənnamədə deyilir: “Biz hökumətdən Avrointeqrasiya kursunu davam etdirmək üçün daxili və xarici təzyiqlərə qarşı dik durmağı tələb edirik. Biz hesab edirik ki, Moldovanın yeri Avropa xalqları ailəsindədir. Biz Avropa standartlarının, demokrartiyanın çiçəklənməsinin ölkəmizdə təmin edilməsini istəyirik”.
Mitinq Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində təşkil edilib. Keçiriləcək sammitdə Moldovanın Avropa Birliyi ilə assosasiya sazişi imzalayacağı gözlənilir.


