Bakı-Qazax avtomobil yolunun 131-ci km-də Hacıqabulun Muğan kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, paytaxt istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik maşını əks istiqamətdən gələn “Qazel” markalı yük avtomaşını ilə toqquşub.
Qəzanın şahidi Hikmət Rəsulov “Merecedes”in sürücüsü 30 yaşlı Elçin İsmayılovun bir neçə saatdan sonra xəstəxanada dünyasını dəyişdiyin bildirib. Daha 3 nəfər isə qəzada xəsarət alıb.


