Talibançılar yeni lider seçdilər

Pakistan taliblərinin öldürülən lideri Hakimullah Mehsud-un yeni varisi elan edilib. Bundan sonra «Tehrike-Taliban Pakistan» qruplaşmasına Khan Said Sajna başçılıq edəcək.

Məlumatı AzadlıqRadiosunun Pakistan xidməti yayıb. Hakimullah Mehsud noyabrın 1-də Amerikanın pilotsuz təyyarəsinin raket zərbəsi ilə öldürülüb.