Rus polis mayoru azərbaycanlını döyərək öldürdü VİDEO

Moskvada günün günorta çağında polis mayoru Azərbaycan vətəndaşını onlarla adamın gözü qarşısında döyərək öldürüb. “Teref.info” xəbər verir ki, 56 yaşlı İfraim Liviyevi  döyərək öldürən rus millətindən olan polis mayoru, etdiyinə peşman deyil və dediyinə görə özünü qoruyurmuş. Şahidlərin dediyinə görə yaşlı adam olan İfraim Liviyev onu döyən adama heç bir müqavimət göstərməyib və hətta üzr belə istəyib. Lakin gözünü qan örtmüş pəhləvan cüssəli rus polis mayoru onu döyməklə doymayaraq onun başını bir necə dəfə trotuarın səkisinə vurub.