
Gürcüstanın baş naziri Bidzina İvinişvili öz davamçısı ola biləcək şəxsin adını açıqlayıb. O bu posta ən yaxşı namizəd kimi ölkənin daxili işlər naziri İrakli Qaribaşvilini gördüyünü deyib.
“İrakli Qaribaşvili nazirlikdəki işi zamanı sübut etdi ki, o baş nazir vəzifəsinə də layiqdir. Baş nazirin daha çox səlahiyyəti olacaq və İrakli bu posta uyğundur”. Onun sözlərinə, Qaribaşvili DİN rəhbəri kim olacağına özü qərar verəcək.
Yeni baş nazir 1982-ci ildə doğulub. Tiflis universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib. Daha sonra təhsilini Fransanın Sorbonna universitetində davam etdirib. 2012-ci ilin noyabrından daxili işlər naziri vəzifəsini icra edib. Rus, ingilis, fransız dillərində bilir. Evlidir, iki uşağı var.
İndiki baş nazir Bidzina İvanişvili isə prezidentin 17 noyabrda baş tutacaq andiçmə mərasimindən sonra siyasətdən getmək fikrindədir. İvanişvili vəzifədən getdikdən sonra vətəndaş cəmiyyətinin inkişafı ilə məşğul olacağını bildirib.


