Tanınmış vəkil təqib olunduğunu bildirir

Hüquqi Müdafiə və Maarifləndirmə cəmiyyəti İctimai Birliyinin rəhbəri, vəkil Elçin Sadıqov vergilər naziri Fazil Məmmədova müraciət edib. Vəkil bildirir ki, artıq bir aydan çoxdur ki, hədələnir və qanunsuz şəkildə təqib olunur: “Düşünürdüm ki, bu barədə məlumatları ictimailəşdirməyim. Ancaq bu hədələrdən biri o həddə çatıb ki, artıq hər kəsi bununla bağlı məlumatlandırmalıyam. Bu təqib və təhdidlər birmənalı olaraq mənim vəkillik fəaliyyətimə görədir”. 

Tanınmış vəkil özünü Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşı kimi təqdim edən Vüqar Səfərovun əməllərindən şikayətçidir.

E.Sadlqovun məktunu olduğu kimi dərc edirik:

“Hörmətli Fazil müəllim!

Diqqətinizə çatdırıram ki, rəhbəri olduğum Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti İctimai Birliyi 19 aprel 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Birliyin əsas fəaliyyəti insanların hüquqlarının müdafiə və hüquqi maarifləndirilməsi sahəsində ictimai fəaliyyətdir. Birliyin hər hansı bir gəliri olmadığından və əsas məqsədi gəlir əldə etmək olmadığından heç bir işçi ilə heç bir müqavilə bağlamamış, hər-hansı bir ödəniş etməmiş, ödənişli heç bir fəaliyyətlə məşğul olmamışdır. Hər vergi rübü dövründə, rüb bitdikdən sonra qanunvericliyin tələbinə uyğun bəyannamə verilməsi üçün müəyyən edilmiş 20 gün ərzində müvafiq olaraq 12 saylı Ərazi Vergilər İdarəsinə (indi Departamentdir (bundan sonra 12 saylı ƏVD)) vergi öhdəliyinin yaranmaması barədə arayış tərtib edilərək göndərmişəm.

Lakin, 25 sentyabr 2013-cü ildə saat 16.00 radələrində mənə sonradan AR Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması departamentinin əməkdaşı Vüqar Səfərova məxsus olduğunu bildiyim +994553131325 saylı mobil nömrədən zənglər gəlməyə başlamışdır. Ölkədə olmadığımdan zəngləri qəbul edə bilməmişəm. Daha sonra həmin şəxs sms yazmışdır. Ölkəyə qayıtdıqdan sonra onunla söhbət zamanı bəlli olmuşdur ki, 12 saylı ƏVD Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti İctimai Birliyinin 2012-ci ilin 2-ci və 4-cü rüblərinin hesabatını vermədiyimi bildirərək gəlib izahat verməyimi tələb edir. 

Ona cavabımda hər rüb üçün öhdəliyin yaranmaması barədə arayışı poçt vasitəilə göndəridiyimi, bir ildən sonra bu barədə məktub yazılmasının qanunsuz olduğunu, əgər qeyd edilən rüblərdə vergi öhdəliyinin yaranmaması barədə arayış verməmişdimsə 12 saylı ƏVD-nin məni hər rübə görə 40 manat cərimə etmə səlahiyyətinin olduğunu, əgər belə bir cərimə olarsa məhkəməyə və Sizə şikayət edəcəyimi, eyni zamanda AR Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Araşdırılması Departamentinin belə bir qanunsuz “araşdırma” aparmaq, insanları bəyannamə verməyə məcbur etmək, bəyannamə verməməsinə görə izahat tələb etmək səlahiyyətinin olmamasını bildirmişəm. Bir neçə dəfə qanunsuz təhdidlərindən sonra departamentə gəlməyəcəyimi və izahat verməyəcəyimi bildirmişəm.

Ona görə ki, 2012-ci ilin 2-ci rübü üzrə vergi öhdəliyinin yaranmaması haqqında arayışı 19 iyul 2012-ci il tarixdə, 2012-ci ilin 4-cü rübü il bağlı vergi öhdəliyinin yaranmaması barədə arayışı isə 21 yanvar 2013-cü il tarixdə poçt vasitəsilə göndərmişəm. 

Qeyd edilməlidir ki, əgər mən vaxtında vergi öhdəliyinin yaranmaması barədə arayış verməmişdimsə, 12 saylı ƏVD o zaman məni 40 manat cərimə edə bilərdi. Lakin 12 saylı ƏVD bunu vaxtında etməyib. 

Belə ki, VM-nin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbirinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bu gün 31 oktyabr 2013-cü il tarixdə saat 18.40-da əvvəl +994553131325 mobil nömrəsi ilə daha sonra başqa bir +99450 3157722 möbil nömrə ilə Vüqar Səfərov zəng edərək məni məni məcburi və qanunsuz olaraq departamentə gətizdirəcəyi ilə hədələmişdir. Gəlməyəcəyimi bildirdikdə isə gələni söyüş qoymuşdur. Görün sizin Vüqar Səfərov adlı əməkdaşınız hansı təfəkkürün sahibidir.

Harınlamaq və qoçuluq o, həddə çatıb ki, mən ona məcburi gətirmənin tətbiq edilməsinin yalnız cinayət işi başlandıqdan sonra həyata keçirilə biləcəyini izah edə bilməmişəm. Vüqar Səfərov qanmır ki, qanmır. Əslində onun qanmamağının səbəbi cəzasız qalmasındadır.

Tutaq ki, bəyannamə verməmişəm insanı bəyannamə verməyə və ya bəyannamə verməməsinin səbəbi barədə izahat verməyə məcbur etmək olar?

Qanunvericliyin tələbinə və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əsasnaməsinə görə açıq-aşkar cinayət hadisəsi hesab edilməyən, cinayət hüquq pozuntusu olmayan hallarla bağlı vətəndaşı məcburi gətirəcəyi hədələmək qoçuluq, reket üsulları ilə insanlardan pul yığmaq üçün onlara hədə qorxu gəlib səlahiyyətləri hədlərini aşmasına, “araşdırma” aparmasına yol verilmir.

Sizdən xahiş edirəm ki, qoçu əməkdaşınız Vüqar Səfərov barəsində tədbir görəsiniz, onun reketçiliyinə və qanunsuz fəaliyyətinə son qoyasınız”.