Rusiyada həbsdə olanın da adından Əliyevə səs verilib

Rusiyanın Ulyanovsk şəhərində həbsdə olan azərbaycanlının adından bu ilin oktybarın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində səs verilib.

Bu məlumatı Avropa.info-ya Ulyanosk şəhərində yaşayan Yaşar Sultanov verib. Y. Sultanovun sözlərinə görə, onun qohumu Saleh Mahmud oğlu Abdullayev bu il seçkilərdən bir neçə ay əvvəl Ulyanovsk şəhərində həbs olunub, hal-hazırda həbsdədir. 

Y.Sultanov deyib ki, S.Abdullayev Gəncə şəhəri Gülüstan qəsəbəsində qeydiyyatdadır, Qarabağ müharibəsinin veteranıdır, Ulyanovsk şəhərində məhkumluq həyatı yaşayır.