Rusiyanın Sankt-Peterburq şəhərində OMON qüvvələri azərbaycanlıların da çalışdığı və Sofiyskaya küçəsində yerləşən “NART” meyvə-tərəvəz bazasına basqın edib. Bazada çalışan həmvətənlərimizin Lent.az-a verdiyi məlumata görə, basqında OMON-la yanaşı digər hüquq-mühafizə orqanlarının əməkdaşları da iştirak edib.
Basqın zamanı bazadakı bəzi anbarların ofisləri dağıdılıb, xeyli sənəd və seyflərdəki pul götürülüb. Onlarla qafqazlı və orta asiyalı işçi saxlanılıb.
Həmvətənlərimiz bildiriblər ki, hüquq-mühafizə orqanları əməkdaşları basqını bazanın 80 milyon rubl dəyərində əlavə dəyər vergisindən yayınması ilə izah ediblər. Dağıdılan ofislərin əksəriyyəti də məhz azərbaycanlılara məxsus olub.
Rusiyada azərbaycanlıların işlədiyi daha bir bazaya basqın olub
•


