
Kaliforniya ştatının Los Anceles hava limanında atışma zamanı 3 adam yaralanıb, bir nəfər ölüb. İlkin məlumata görə, həlak olan Nəqliyyat Təhlükəsizlik İdarəsinin əməkdaşıdır. Atəş açan da əvvəllər hava limanının təhlükəsizlik xidmətinin əməkdaşı olub. ABŞ xəbər agentliklərinin verdiyi məlumata görə, yaralananlardan biri silahlı şəxs, digəri təhlükəsizlik işçisidir. Həmin şəxsin nəzarət nəzarət altına alındığı deyilir. Şahidlər hava limanında hadisənin böyük təşvişə səbəb olduğunu bildirib. İnsident sübhəli şəxsin təhlükəsizlik məntəqəsindən keçərkən sənədləri və əl çantasının yoxlandığını vaxt baş verib. Polis tərəfindən mühasirəyə alınan hava limanın termanalındakı insanlar evakuasiya edilib. Ağ Evin sözçüsü Cey Karni prezident Obamaya insidentlə bağlı mütəmadi məlumat verildiyini bildirib.


