Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi keçmiş səhiyyə naziri Əli İnsanovla bağlı Azərbaycana sorğu göndərib. Bu barədə məlumatı noyabrın 1-də Komitədən Əli İnsanovun vəkillərinə ünvanlanan məktubda xəbər verilir.
Əli İnsanovun vəkili Toğrul Babayevin AzNews.az-a verdiyi məlumata görə, bir neçə gün əvvəl keçmiş nazir Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi, Ali Məhkəmənin onun da məsələsinə baxılacağı pleniumun təxirə salınmasından Komitəyə şikayət edib: “Artıq biz Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsindən cavab almışıq. İş icraata götürülüb və qərarın icra olunmamasının səbəbi ilə bağlı artıq Azərbaycan tərəfinə sorğu göndərilib”.


